Məzmuna keçin ↓
map

UWC Atlantic

Qlamorqan Vadisi, Uels, Birləşmiş Krallıq 

15-19 yaş arası 350 şagird 

Təsis olundu

1962

3 March 2017

UWC-nin qurucu kolleci olan UWC Atlantik 1962-ci ildə qurulduğu gündən təhsil vasitəsilə beynəlxalq anlaşmanı təşviq etmək üçün nəzərdə tutulmuşdur. Bu, gənc fərdlərin paylaşılan təcrübə vasitəsilə öyrənmələri və müsbət fərq yaratmaları üçün gücləndiricək bir platforma ilə təmin edir. 

Üç Unikal Xüsusiyyət

  • Tarixi İrs - Böyük Britaniyada St. Donat qalasında yerləşən UWC Atlantik qlobal təhsil hərəkatının qurucu kollecidir. Sabit gövdəli şişirdiləbilən xilasedici qayıq ilk dəfə burada hazırlanmışdır. 
  • Atlanlik Açıq Hava Təhsili- Kollecdə akademik proqrama əlavə olaraq fiziki çətinliyə, başqalarına xidmətə, təşəbbüskar liderliyə və komanda işinə diqqət yönəltmə. 
  • Qüvvətləndirmə - Qurucumuz Kurt Hahnın 50 ildən çox bir müddətdə təhsil inqilabının ruhuna uyğun olaraq, böyüklərin rahatlıq yaradan varlığında etibarlı bir mühitdə, tələbələrə öz qərarlarını qəbul etmək  və hərəkətlərini müəyyən etmək üçün gerçək məsuliyyət verilir.
Dərs prosesində  

16-19 yaş arası şagirdlər üçün uyğun olan 2 illik Atlantik Diplomu 2 hissəlidir; Beynəlxalq Balakavr Diplom Proqramı (İBDP), və sülhün əsas aspektlərinə, davamlı gələcəyə və şagird təşəbbüsünə diqqət edən sınaqdan keçirilmiş öyrənmə proqramı. Onlar Kurt Hahnın qabaqcıl fəlsəfəsi, Birləşmiş Dünya Kolleci hərəkatı və Alek Petersonun təhsil işi vasitəsilə bir-birinə bağlıdır və ümumi irsi paylaşırlar. 

Proqram Kollecin missiyasını fəaliyyətdə əks etdirir. Bu proqram cəmiyyətə xidmət üçün daimi sədaqətə, birgə işə və sosial bağlılığa və gənclərdə şəxsi təşəbbüs hissinin və liderlik qabiliyyətlərinin inkişaf etdirilməsinə diqqət yetirir. Şagirdlər güvən, gerçək məsuliyyət və qərar qəbul etmə mövqelərində yerləşdirilir və fəaliyyət və şəxsi nümunə vasitəsilə dünyada müsbət yöndə dəyişiklik etmə öhdəliyini sübut edirlər. 

Dərsdən kənar fəaliyyət 

Birgə tədris proqramı dörd təcrübəyə əsaslanan fakültəni özündə birləşdirir; Ekoloji, Qlobal, Sosial Ədalət və Açıq havada təhsil - bu tələbələrə kəşflə məşğul olmağa, öz yollarını müəyyən etməyə, risklə üzləşməyə və uğursuzluq ehtimalının öhdəsindən gəlməyə imkan verən güclərinin və səhvlərinin ümumi işdəki rolunu anlamağa imkan verir. Hər fakültənin 2 sahəsi var: icma ilə əlaqə proqramı özündə ehtiva edən ilkin çatdırma və dörd müəyyənedici xüsusiyyəti (fəaliyyətlər, şagird təşəbbüsləri, missiyaya fokuslanmış dövr və layihə müddəti dövrü ) özündə ehtiva edən ikinci çatdırma. 

Kampus və Təsisatlar   

UWC Atlantik 12-ci əsrə aid St.Donat qalasında yerləşir, xüsusilə qeyri-adi kampus məkanı, daha böyük toplantı və sinif otaqlarına ev sahibliyi edir.

Tələbə icması ayrı-ayrı oğlan və qız dəhlizləri olan hər birində təxminən 48 şagird yerləşmiş səkkiz məqsədli şəkildə tikilmiş yataqxanada bölünmüşdür. Çox vaxt, eyni ilin qruplarından olan, hər bir müxtəlif milliyətə mənsub olan dörd şagird eyni otaqda yaşayır. Bütün tələbələr yaxın yataqxanalarda yaşayan və tələbələrlə ünsiyyətdə və onlara dəstək olmaq üçün çox vaxt sərf edən baxıcıların himayəsindədirlər. 
Kampus təsisatlarına daxildir; yeməkxana, kitabxana, meşəlik ərazi, açıq və qapalı hovuz və tarixi binaların daxilindəki sinif otaqları. 

Coğrafi məkan
 

UWC Atlantic Birləşmiş Krallıqda Ueslin cənub sahillərində yerləşir. Geniş Bridgend şəhəri və Uelsin paytaxt şəhəri olan Kardiffə olduqca yaxındır, buda o deməkdir ki, Kollec avtobus, qatar və hava səyahəti daxil olmaqla bir çox əsas nəqliyyat əlaqələrinə girişin asan olduğu zonada yerləşir.

Qəbul 

Tələbələr UWC milli komitəsinə yaxud UWC Qlobal Seçim Proqramına müraciət edirlər. UWC Atlantik haqqında daha çox məlumat üçün veb səhifəni ziyarət edin. 

You have not allowed cookies and this content may contain cookies.

If you would like to view this content please

Əlaqə Detalları


UWC Atlantic
St Donat's Castle
St Donat's
Llantwit Major
Vale of Glamorgan
CF61 1WF
United Kingdom

18 Dünya üzrə kolleclər