Məzmuna keçin ↓
map

UWC Adriatic

Duino, İtaliya

16-19 yaş arası 182 şagird

Təsis olundu

1982

3 March 2017

Birinci və İkinci Dünya Müharibəsi zamanı Trieste şəhərinin şimal hissəsi çöx böyük qətliamlara məruz qalmışdır və buna görə də Alman, Latın və Slavyan mədəniyyətlərinin birləşdiyi Avropanın bu bölgəsində daha siyasi və etnik parçalanmalar olmuşdur. Etnik və tarixi mürəkkəbliyin bu arenasına daxil olmaqla, UWC Adriatik yüksək siyasi məna daşıyan təhsil rolunu mənimsəmiş və qeyri-adi mədəni müxtəliflik dünyasına addım atmışdır. Bu çox saylı səbəblərə görə, Fruli Venezia Giulia regional hökuməti və Xarici İşlər Naziri layihəni ən başından bəri dəstəklədi və Kollecin əsas həmkarı olaraq qaldı. 

Üç unikal xüsusiyyət 

  • Füsunkar İtalyan təcrübəsi – Şagirdlər daimi olaraq İtaliyanın mədəni irsinin fərqliliyi və zənginliyi ilə məlumatlandırılarkən UWC təhsilini alırlar. Kollec Avropanın mərkəzində siyasi, mədəni və coğrafi kəsişmə nöqtəsində yerləşməsindən yararlanır. 
  • Musiqi – Musiqi UWC Adriatikdə kollec daxilində olan musiqi akademiyası (İCMA) sayəsində çox mühim rol oynayır və bu akademiya dünya üzərində mövcud olan musiqi janr və üsullarının bütün silsilələrini genişləndirməyi hədəfləyir, eyni zamanda həmçinin kollecdə master-klasslar və çıxışlar üçün profesional musiqiçilər fəaliyyət göstərir. 
  • Kampus yox, Kənd - UWC Adriatik öz kampusu daxilində çərçivələnməmişdir, onun yaşayış yerləri, akademik binası, laboratoriyaları kənd boyunca yayılmışdır. Şagirdlər gündəlik həyatları və həftəlik sosial xidmətləri vasitəsilə ətraf icmalarla qaynayıb qarışırlar. 
Dərs prosesi  

UWC Adriatik Beynəlxalq Bakalavr Diplom Proqramı (İBDP - the International Baccalaureate Diploma Programme) təklif edir. Standart kurslarla yanaşı, Kollec Ərəb, Sloven, Serb, Xorvat və Bosniya, Dünya İncəsənət və Mədəniyyətləri, Ətraf Mühit Sistemləri və İncəsənət təklif edir. Bundan əlavə, bütün şagirdlərin baxmayaraq ki, İBDP imtahanında olması vacib olmayan amma fərdi Sertifikatı tamamlaya biləcək İtalyan dilini bir fənn kimi qəbul etmələri gözlənilir. 

Dərsdən kənar fəaliyyət 

UWC Adriatik özünün Yaradıcılıq, Aktivlik, Fəaliyyət Proqramının “xidmət” komponentinə xüsusi diqqət yetirir. Yerli icmanın həyatına fiziki cəhətdən inteqrasiya olunmaqla, Kollecin bir çox fərqli sahələrdə könüllü aktivliklər yönündə idarə olunan bir çox birliklər ilə uzunmüddətli ortaqlıq münasibətləri mövcuddur. 

Sosial xidmət fəaliyyətlərinə aiddir; İncəsənətin tədrisi zamanı uşaqlarla İtalyan və Sloven dillərində danışaraq işləmək, yerli ibtidai məktəblərdə İngilis dili və digər fəaliyyətlərin öyrədilməsi; tənqid və irqçiliklə mübarizəni hədəfləyən fəaliyyətlər silsiləsi boyunca yerli ibtidai məktəblərin şagirdlərinə  multikultural təcrübə  vermək üçün multikultural təqdimatlar; əqli yaxud fiziki cəhətdən əlil insanlara yardım; qaçqınlarla iş, kənddəki qocalara yaxud evlərinə qapalı qalan digər insanlara yoldaşlıq təklif etmək; yerli müəssisələrdəki yaşlıları ziyarət etmək; İlk Yardım Kursu - Təcili Yardım Xidməti (Yerli Qırmızı Xaç Operatorları ilə); yaşlı və xəstə insanlar üçün müəssisələrdə və hospitallarda musiqi konsertləri təşkil etmək; sklerozlu insanları ziyarət etmək; əlilliyi olan insanlarla idman və teatr fəaliyyəti ilə məşğul olmaq; uşaqlar və böyüklər üçün elmi məlumatların nəşri; yerli icmalara İngilis dilində danışıq klublarında iştirak təklifi; yerli baxım evlərinin sakinlərini ziyarət etmək. 

Yaradıcılıq fəaliyyətlərinə daxildir; Adriatik Times (bloq), Keramika/ Dulusçuluq, Şahmat, Yaradıcı yazı və Ədəbiyyatın Dəyərləndirilməsi, Cari Hadisələrin Öyrənilməsi Qrupu, Debat Klubu, Dekupaj və Yamaq İşi, Rəsm Çəkmə, Kino Vasitəsilə Mədəniyyətləri Araşdırma, Birləşmiş Millətlər Modeli (MUN- Model United Nations), Musiqi fəaliyyətləri (Xor, Madrigal Xor, Piano Dərsləri, Solo Oxuma, Anlama Kursları, Musiqi Bəstəsi, İnstrumental dərsləri, Orkestrlar, Musiqili Şou), Fotoqrafiya, Robot texnologiyası, Fəlsəfi məqalə, TEDx UWC Adriatik, Teatr, Salnamə, WEB 2.0. 

UWC Adriatik dənizkənarı kəndinin Triestenin karst dağlıqlarında və Alpların yaxınlığında yerləşməsindən şagirdlərə açıqhava ilə əlaqəli fəaliyyətlər silsiləsi təşkil etmək üçün istifadə edir. Hal-hazırda bu seçimlər silsiləsinə aşağıdakılar aiddir; Aerobika, Badminton, Dairəsəl Məşq, Dırmanma, Müasir Rəqs, Qaçış, Gəzinti, Xizək Sürmə, Qarışıq Döyüş Sənətləri, Səmti müəyyən etmə (orientirinq), Yelkənli qayıq yarışları, Futbol, Üzgüçülük, Tenis, Frizbi və Yoqa. 

Kampus və Təsisatlar  

UWC Adriatik yaşayış yerləri və təsisatları Duino kəndi boyunca yerləşmişdir. Səkkiz yaşayış yeri şagirdlərə ev sahibliyi edir. Digər təsisatlara daxildir; Mensa (yeməkxana), Akademik Bina, İncəsənət Mərkəzi, Elmi laboratoriyalar, Kitabxana, Tibbi Mərkəz, Konferans Zalı və İCMA-Beynəlxalq Musiqi Akademiyası (the İnternational Community Music Academy) 

Coğrafi məkan  

Trieste-dən bir saat yarım məsafədə yerləşən dilbər guşəli Duino kəndi sağlam həyat tərzinə zəmin yaradaraq ətraf mühitin qorunmasını təmin edən hüzur dolu bir yerdir. Venesiya yaxınlığındadır və Sloveniya ilə sərhəd bir neçə kilometr məsafədədir. 

Qəbul 

Tələbələr UWC milli komitəsinə  və ya UWC Qlobal Seçim Proqramına müraciət edirlər. UWC Adriatik haqqında daha çox məlumat üçün veb səhifəni ziyarət edin. 

 

You have not allowed cookies and this content may contain cookies.

If you would like to view this content please

 

Əlaqə Detalları


Collegio del Mondo Unito dell’Adriatico O.N.L.U.S.
Località Duino, 29 – 34011
Duino Aurisina (TS), Italy

18 Dünya üzrə kolleclər