Məzmuna keçin ↓

Qəbul qaydaları

UWC Azərbaycan, öyrənmək və beynəlxalq mühitdə olmaq arzusunda olan, Azərbaycan
vətəndaşlığı daşıyan bütün şəxslərin müraciətlərini təşviq edir. Biz UWC məktəblərində təhsil
almaq istəyən bütün şəxslər üçün eyni fürsəti təqdim etməklə bərabərliyin bərqərar olmasını təmin
edirik. Heç bir müraciət edən şəxsin qəbuluna cinsiyyəti, etnik mənsubiyyəti, irqi, dini və ya
əqidəsi, cinsi oriyentasiyası, əlilliyi, siyasi baxışları və sosial-iqtisadi mənsubiyyətinə əsasən imtina
olunmayacaqdır. UWC Azərbaycan, Beynəlxalq UWC tərəfindən müəyyən edilmiş yaşla bağlı
müddəaya uyğun olaraq müraciət edənləri qəbul etmək hüququnu özündə saxlayır.

Qəbul siyasətinin əsas məqsədi:

  • Tələbə seçmə prosedurunun şəffaf, tərəfsiz və bütün namizədlər üçün inkluziv olmasının təmin olunması;
  • Qəbula dair tələblərin yuxarıda qeyd olunan hədəflərə və Beynəlxalq UWC Protokoluna əsaslanmasının təmin olunması;
  • Mənafelər toqquşması halında tətbiq ediləcək tədbirlərin təmin edilməsi.

Səlahiyyətlər

  • İdarəçilik - bu qaydalara lazımi bütün düzəlişlər Milli Komitə tərəfindən müzakirə ediləcək və təsdiqlənəcəkdir.
  • İcra - Milli Komitə bu siyasətin icra olunmasına məsuldur.

Məktəblər, Məktəb Haqları, və Qəbul Olunan Şagirdlərin Sayı

UWC-nin məktəb haqları, Azərbaycana UWC məktəblərində ayrılan yerlərin sayı, və Azərbaycana ayrılan təqaüd məbləğı hər il dəyişir. UWC məktəblərinin kvota və təqaüdləri hər bir məktəbin idarəçilərinin, UWC Beynəlxalq ofis rəsmilərinin və əsas sponsorların iştirak etdiyi iclaslarda müəyyən edilir.  

Dünyanın digər ölkələri ilə eyni vaxtda Azərbaycana ayrılan təqaüdlər və kvotalar hər ilin oktyabr ayında Milli Komitəmizə bildirilir və bildirişin edildiyi tarixdən etibarən internet saytımızda dərc olunur. 

Həmçinin, şagirdlərin hansı ölkəyə göndərilməsi də oktyabr ayına gədər UWC Azərbaycan komitəsinə məlum olmur. Bu məlumat şagirdlər seçilməyənəcən UWC Azərbaycan tərəfindən paylaşılmır, və şagirdlər avtomatik şəkildə məktəblərin birinə təyin edilirlər. Onu geyd etmək lazımdır ki, hansı ölkəyə təyin olmaqlarına baxmayaraq, aldıqları savadın keyfiyyəti eyni olacaq - bütün UWC məktəbləri eyni standartlara əməl edir. 

Ödənişlər tələbənin 2 illik təhsil, təlim və yaşayış (yataqxana və yemək) xərclərini əhatə edir. Məktəblərdə təhsil müddəti 2 ildir. İki illik təhsili başa vurduqdan sonra tələbələr bütün dünyada tanınan IB diplomunu alırlar. 

Şagirdin UWC məktəbindəki göstəriciləri Azərbaycanın və milli komitəmizin reputasiyasına təsir edir və növbəti illərdə ölkəmizə ayrılacaq təqaüd məbləğini və yerlərin sayını müəyyənləşdirir. Beləliklə, UWC-yə ərizə göndərənlər və UWC-yə qəbulu təsdiq edənlər böyük məsuliyyət daşıyıcıları olmağa hazır olmalıdırlar.