Məzmuna keçin ↓

Qayğı

Məktəbə qoşulmaq böyük bir şans ola bilər. Siz fərqli bir qrupunun üzvü olursunuz, vətəninizdən uzaqdasınız, yeni dilə və çətin kurrikulum sistəminə yiyələnirsiniz.

BDK-də biz əminik ki, bütün tələbələrimiz dəstəkləndiklərini, ruhlandırıldıqlarını və öz məktəb icmalarında xoş qarşılandıqlarını hiss edirlər.

 Hər BDK məktəbi təkcə ev-valideynlər, təhsil məsləhətçisi, həmyaşıd dəstək platformaları, tibb işçiləri və köməkçilər, tələbələrin dekanları, sağlamlıq və rifah mütəxəssisləri, yaşayış sahəsinin rəhbərləri, həm kampus daxilində, həm də yerli olaraq xidmət edən psixoloqlar, psixoterapevtlər və səhiyyə təminatçıları ilə məhdudlaşmayan və rifahınızı təmin edən yerli komandaya sahibdir.

Biz həmçinin tələbələrə öz icmalarında oynadıqları rolu əks etdirmək üçün imkanlar veririk. Biz onları başqaları ilə necə rəftar edəcəklərini və hərkəsin özünü xoşbəxt, rahat və təhlükəsiz hiss etdiyi daha sayğılı bir cəmiyyəti necə yaradacaqlarını düşünməyə ruhlandırırıq. Öz induksiyaları zamanı, tələbələr həmçinin onlara mədəni həssaslıqlarını inkişaf etdirməyə və daha yaxşı bir cəmiyyətin üzvləri olmaqlarına kömək edəcək təcrübə əldə edirlər.

Başçı heyət onlarla ortaq məqsədləri olan sağlam cəmiyyət yaratmaqlarını təmin etmək üçün daimi görüşür. Onlara həmçinin BDK cəmiyyəti üzərindən başçı heyətə bir-birləri ilə əməkdaşlıq etməyə və dəstək göstərməyə imkan verən forumlar təklif olunur.

 

"Həmyaşıd dinləyicilər öz yaşıdlarını dəstəklə təmin etməyə dəvət olunmuş tələbələr qrupudur. Hər bir tələbə onlardan birinə yaxınlaşa və öz şəxsi problemləri haqqında danışa bilər. Həmyaşıd dinləyicilərin rolu digər tələbələrin həyatlarında nə baş verdiyini kəşf etmək və stressin əlamətlərini və səbəblərini müəyyən etməkdə kömək etmək, onları fikirlərini və emosiyalarını bölüşməkdə dəstəkləmək, onları cəmiyyətdə vacib və ya arzu olunduqda digər yardım mənbələrinə yönəltməkdir. Araşdırma göstərir ki, həmyaşıdlar çətin vaxtlarda ilk əlaqə nöqtəsidirlər və yaşıd münasibətlər stressə qarşı bələdçi rolunu oynaya bilərlər. Birinin bizi həqiqətən dinləməsi hissi və bu təcrübədən keçmək beynimizin əqli rifahı üçün son dərəcədə yararlı ola bilər. Həmyaşıd dinləyicilər məktəb psixoloqu ilə əqli rifah və dinləmə bacarıqları kimi mövzuların araşdırılıdığı həftəlik sessiyalarda təlim keçirlər."

-  Qaynmişel Laquel, UWC Dilicanda Psixoloq/Psixoterapevt