Məzmuna keçin ↓

Müraciət edənlər üçün

Müraciətlər Bakı vaxtı ilə 10 dekabr, saat 23.59-yə qədər göndərilməlidir. 


Ərizə formasını burada tapa bilərsiniz.

Tələbə gərək: 

  • Azərbaycanda və ya xaricdə yaşayan Azərbaycan vətəndaşı və ya Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş Azərbaycan pasportu almaq hüququna malik olsun (https://migration.gov.az/az/useful/45);
  • UWC International tərəfindən müəyyən olunmuş yaş tələblərinə əsasən tədris ilinin başlanğıcına yəni 2024-cü ilin sentyabrında ərizəçinin 16-17 yaşı tamam olmalıdır;
  • Şagirdin 9-cu sinif buraxılış (Şəhadətnamə) imtahan nəticəsi 300 bal üzərindən 240 və ya daha yüksək olsun, eyni zamanda transkriptdə əks olunan illik qiymət balının 4.0-ə bərabər və ya daha yüksək giymət olsun;
  • Azərbaycan dilini bilsin (tələbələr hər hansı digər dil bilirlərsə müraciətdə bunu bildirə bilərlər);
  • UWC-də IB Diplom Proqramını almaq üçün hər il yalnız bir müraciət göndərin. Başqa Milli Komitə və ya Qlobal Seçim Proqramından ikili müraciətlərə icazə verilmir və ikili müraciətlər diskvalifikasiya ilə nəticələnəcək.

Hər hansı bir sualınız olarsa, admin@az.uwc.org ünvanına müraciət edə bilərsiniz.