Məzmuna keçin ↓

UWC Tarixi & Quruluş Qayələri

Öyrənə biləcəyimiz ən vacib şeylərdən biri bir-birimizi necə başa düşməyimizdir.

Bu ideya 1962-ci ildə ilk məktəbimizin qurulmasından BDK-da gördüyümüz işlərin əsasını təşkil edir.

Biz inanırıq ki, təhsil təkcə şəxsi inkişaf ya da universitetə qəbul olmaq məqsədi daşımamalıdır. Təhsil tələbələri hamımızı insan olaraq birləşdirən dəyərləri kəşf etmək və dünyanı sülh, əməkdaşlıq və anlaşma əsasında qurmağa ruhlandıra bilər. 

Hər şey harada başladı?

 

Mən təhsilin əsas məqsədini təşəbbüskar maraq, məğlubedilməz ruh, hədəf qarşısında mətanət, fədakarlığa idraklı hazırlıq və – hər şeydən üstün – mərhəmət kimi dəyərlərin qorunmasında görürəm.”

- Kurt Hahn (BDK-nin təsisçisi)

1955-ci ildə təhsilin qabaqcısı Kurt Han NATO-nun Müdafiə Kollecində çıxış etdi. Səfər zamanı, Kurt Han İkinci Dünya Müharibəsində qarşı cəbhələrdə yenicə döyüşmüş hərbçilərin əməkdaşlıq və sədaqətindən ilhamlanmışdı.

Kahn artıq bir sıra məktəb və təhsil təşkilatlarının yaradılmasında iştirak etmişdi və onun təhsil ilə bağlı fikirləri daim inkişaf edirdi. O vaxt Han tez- tez təhsilin sülhə aparan yol kimi gücündən və eləcə də cəmiyyətdə “mərhəmətin azalması”nı aradan qaldırmaq ehtiyacından danışırdı.

Nəhayət bu fikirlərin birləşməsi ilə BDK yarandı.

O, 1958-ci ildəki nitqində deyirdi:

Gəncləri qazanmağın 3 yolu var: onlardan biri bunu onlara təbliğ etməkdir — qorxuram ki, bu o qədər də effektiv deyil; ikincisi onları buna məcbur etmək…və onlara bunun üçün “Könüllü olmalısan” deməkdir; üçüncüsü isə hər zaman uğurlu olan müraciətdir “Sənə ehtiyac var””

1962-ci ildə, Birləşmiş Krallığın Uels şəhərindəki BDK Atlantik (əvvəl Atlantik Kolleci adlanır) ilk tələbələrini qəbul etdi. İlk BDK məktəbi müxtəlif mühitlərdən olan şagirdlərin birgə təhsil aldıqları təqdirdə gələcəkdəki münaqişələrin qarşısını ala biləcək qarşılıqlı anlaşma qura biləcəkləri ideyası üzərində qurulmuşdu.

Bu, 16-19 yaş arası yeniyetmələr üçün dünyanın ilk beynəlxalq, iki illik 6-cı Form Kolleci idi.

 

 

 

 

 

 

 

Bura onların özlərindən çox fərqli olsa belə digərlərini dinləmək və perspektivlərini nəzərə almağa imkan verən empatiyanı öyrənə biləcəkləri bir yer idi. Onlar böyük risk olsa belə doğru olanın yanında möhkəm dayanmağı, dözümlü olmağı, təslim olmaq əvəzinə səhvlərdən dərs çıxartmağı öyrənəcəkdilər.

Atlantik Kollecinin ilk günlərindən etibarən bu nümunəni təkrarlamaq istəyi var idi. Bu vaxtlar soyuq müharibənin zirvə zamanı idi və çoxları münasibət, şəfqət və xidmətə dəyər verən bu ideyanın xeyirlərini gördü. 1960-cı illərin sonunda Birləşmiş Dünya Kollecləri adı yarandı və hərəkat reallaşmağa başladı.

BDK-nın ilk beynəlxalq prezidenti Lord Mountbaten BDK hərəkatını Şimali Atlantika köklərindən kənardada inkişaf etdirdi. O, tələbələri seçən və müxtəlif ölkələrdə BDK-nı təbliğ edən milli komitələrin yaradılmasına nəzarət edirdi. Və illər keçdikcə, BDK məktəbləri Sinqapur və Kanadada, daha sonra isə dünyanın bütün qitələrində yaradılacaqdı. 

BDK həmişə dinləmək və öyrənməklə bağlı olub. O, öz ətrafındakı dünyanın və icmaların ehtiyaclarına uyğun şəkildə inkişaf edib və böyüyüb. Onun sülhə, anlaşmaya, və möhkəmliyə olan sadiqliyi həmişə olduğu kimi güclü olaraq qalır.

Page 1

Zaman Şkalası

BDK Bu Gün

18


18 BDK məktəb və kolleci var

>150


Bizi 150 ölkədə mill komitələrimiz təmsil edir

60,000


180-dən çox ölkədən 60,000-ə yaxın tələbə BDK məktəb və kolleclərində  habelə qısa kurs proqramlarımızda təhsil alıb