Yaradıcılıq, Hərəkətlilik, Ximət (YHX)
"Biz tələbələri kəşf səyahətinə çıxararaq onlara faydalı təcrübə veririk. Mən 17 yaşında olanda kim olduğum haqqında heç bir fikrim yox idi. Bizim onlara verdiyimiz ən böyük hədiyyə dünyadakı öz yerini anlama və öz xəyallarını reallaşdırma şansıdır."
Hazırda dünyanın bir çox məktəbləri yaradıcılığı, fəaliyyəti və xidməti dəstəkləyən dərs proqramı olan Beynəlxlaq Bakalavr Diplom Proqramını öyrənir.
Lakin biz onun prinsiplərini daha da irəli aparırıq.
Bizim müxtəlif məktəb icmalarımız tələbələri kitablardan öyrənməkdənsə öz yoldaşları ilə birgə müxtəlif baxış bucaqlarını kəşf etməyə təşviq edir.
Biz ətrafımızdakı incəsənəti və mədəniyyəti birbaşa araşdırırıq və yaradıcılıq və təxəyyülün dünyanı anlamaq və dəyişmək üçün bizə necə kömək edə biləcəyini nəzərdən keçiririk.
Və bizim icma xidmətinə diqqətimiz İBDP tələblərini yerinə yetirməkdən yaxud tələbələrin universitet ərizələrini dəstəkləməkdən çox kənara çıxır. Biz tələbələrə onlar üçün əhəmiyyətli olan məsələləri aşkar etməyə və BDK məktəbi və birgə dərs proqramını fəaliyyətini geridə qoyduqdan sonra illər ərzində ətrafdakılara kömək edə biləcək təşəbbüslərə, layihələrə və fəaliyyətlərə necə yönəlməyi öyrənməyə kömək edirik.
Bu o deməkdir ki, siz BDK tələbəsi olaraq sadəcə məktəb üçün deyil, eyni zamanda həyat üçün də vərdişlər inşa edəcəksiniz.
Bizim birgə dərs proqramı fəaliyyətlərimiz məktəbə görə dəyişir, çünki mümkün olan fəaliyyətləri və ehtiyac duyulan xidmət təşəbbüslərini müəyyən edəcək BDK məktəbinizin xüsusi mühiti olacaq.
Yaradıcılıq
"Siz incəsənət yolunu izləməsəniz belə, burada sənətkar kimi düşünməyi öyrənirsiniz."
- Cənubi Afrika Waterford Kahmlaba BDK, Vizual Sənətlər Şöbəsinin direktoru Ramila Patel.
İncəsənət və yaradıcılıq yalnız rəsm çəkməyi yaxud musiqi alətində ifa etməyi bacarmaq demək deyil. Onlar nizam-intizam, təxəyyül və yaşadığınız və hiss etdiyiniz şeyləri ifadə edə bilməkdir.
BDK-də sizi bu yaradıcılığı araşdırmağınız və vacib olanı incəsənətə, rəqsə, fotoqrafiyaya və musiqiyə yönəltməyiniz üçün dəstəkləyəcəyik. Biz yerli ərazilərimizin mədəniyyətini və sənətkarlığını araşdırırıq və sizə başqaları ilə çıxış etmək və rol almaq üçün güvən veririk. Bu özündə rəqs yaxud teatr tamaşası üçün səhnəyə çıxmağı, incəsənət tarixi haqqında öyrənməyi, mədəniyyət mərkəzlərini ziyarət etməyi, yaxud məktəb ictimaiyyəti üçün və ondan kənarda çıxış etməyi ehtiva edə bilər.
Hərəkətlilik
"Bu yalnız rəqabət demək deyil. Başqa bir məktəbdə basketbol oynamaq istəyirsinizsə, həqiqətən yaxşı oyunçu olmalısınız. Amma BDK-də əgər siz həqiqətən yaxşı oyunçusunuzsa, başqalarının da oynaya bilməsi üçün onlara oynamağı öyrədirsiniz. Bu öyrəndiyiniz və uğursuzluğun problem olmadığını dərk etdiyiniz bir mühitdir və bu mühit sizə cəhd etmək üçün şans verir."
-Saijai Liangpunsakul (Pearson Kolleci UWC, 2006-2008)
Hər bir BDK məktəbi ətrafında olan cəmiyyətə əsasən qurulur və bu idman və fəaliyyət sahələrinə də aid edilir.
Tələbələrimiz futboldan basketbol və tenisə qədər sevərək böyüdükləri idman növləri ilə məşğul olmaq şansını əldə edirlər. Biz eyni zamanda istər gözəl göllər boyunca kürək çəkmə, istərsədə qarlı dağlarda xizək sürmə olmaqla məktəblərimizin ətrafındakı mühitdən tam istifadə edirik.
Fəaliyyət və məşqin məktəb təcrübəmizin vacib hissəsini təşkil etdiyinə inanırıq. O bizə həmçinin ətrafımızı kəşf etmək və ətrafımızda olan dünyanı tam olaraq təcrübədən keçirmək şansı verir.
Xidmət
"Güman edirəm ki, bu BDK-dən bu yana mənim özümlə daşıdığım bir şeydir: Bu enerji hətta çətin olsa yaxud mövcud vəziyyətin əksinə getsə belə hər şeyə təkan verir."
Biz hər bir tələbəni təhsilini fərqlilik yaratmağa istifadə edə biləcəyinin fərqinə varması üçün əmin etməyi hədəfləyirik.
Bu kurikulumun ötəsində bir şeydir və hər günün bir hissəsidir.
BDK-də, biz dərslərdə tələbələri dünyada edə biləcəkləri dəyişiklikləri müəyyən etməyə ruhlandırırıq. Bu onlara həm fərdi həm də birlikdə həyatlarını inkişaf etdirmək üçün necə davrana biləcəkləri barədə düşünməyə icazə verir.
Biz hər il tələbələrin tullantıların təkrar emalından tutmuş sosial yardım və maarifləndirməyə qədər problemlərlə kəskin bir şəkildə mübarizə üçün layihələr və təşəbbüslər hazırladıqlarını görürük. Biz insanların buranı inandıqları şeyi müdafiə etməyin və onun üçün bəzi addımlar atmağın əminliyi ilə tərk etdiklərini görürük.
Tələbə təşəbbüsləri başqa şagirdlərin və heyətin qoşulması üçün məktəbin birgə kurikulum xidmət proqramının bir hissəsi kimi həyata keçirilə bilər. Bəzi hallarda tələbələr BDK daxilində tələbələrə yardımsevər layihəyə qoşulmaq və onu daha da inkişaf etdirmək üçün 4, 000 dollar yardım qazanmağa şərait yaradan Gənc Aurora (Young Aurora) və hər il BDK tələbə layihələrinə 1,000 dollar bağışlayan Get Fərq Yarat (Go Make A Difference) kimi geniş yardım proqramlarına qoşulmaq şansı əldə edəcəklər.
BDK tələbələri öz yerli birlikləri ilə birgə çalışırlar və qlobal məsələlər üzərində düşünürlər. Və bu şəkildə fəaliyyət göstərərək, onlar nəyisə həyata keçirmək üçün öz məsuliyyətlərini və güclərini görürlər.