Biz neynəyirik
UWC Azərbaycan Milli Komitəsinin əsas fəaliyyəti beynəlxalq UWC kolleclərində təhsil almaq istəyən azərbaycanlı tələbələrin müraciətlərinin qəbulu və seçimindən ibarətdir. Fəaliyyətimiz könüllü əsasda həyata keçirilir. Bundan əlavə, Azərbaycan Milli Komitəsi UWC-də təhsil alan tələbələrə, onların ailələrinə dəstək vermək, böyüməkdə olan UWC Azərbaycan məzunları cəmiyyətinin fəaliyyətini tənzimləmək, habelə UWC-yə istər Azərbaycandan, istərsə də xaricdən dəstək verəcək şəxslər və qurumlar üçün mərkəz rolunu oynamaq kimi müxtəlif vəzifələri yerinə yetirir.
Milli Komitə öz fəaliyyətinə 2021-ci ildən etibarən başlamışdır. Fəaliyyətimizin ilk ilində tam və qismən təqaüd əsasında təhsil alacaq üç azərbaycanlı tələbə seçilmiş və UWC ISAK Japan, UWC Mahindra və UWC Maastricht kolleclərində təhsil almaq üçün göndərilmişdir.
Məqsədimiz:
UWC Azərbaycan Milli Komitəsi Azərbaycanda UWC cəmiyyətini təşkil edəcək gəncləri axtarmaq, məlumatlandırmaq, inkişaf etdirmək və dəstəkləmək üçün fəaliyyətdədir. Biz UWC missiyasını və dəyərlərini Azərbaycan kontekstində ifadə etməklə, eləcə də milli dəyərlərimizə əsasən uyğunlaşdırmaqla məşğuluq.
Nailiyyətlərimiz:
- Azərbaycanda UWC dəyərlərini və konsepsiyalarını paylaşmaq və təbliğ etmək,
- Azərbaycan gənclərinin və daha geniş kütlələrin UWC hərəkatında iştiraka, UWC təhsilinə və beynəlxalq cəmiyyətin nüfuzlu iştirakçısı olmaq imkanına əlçatanlığını təmin etmək,
- Azərbaycan gənclərinə öz ölkələrinə və geniş miqyasda dünyaya müsbət təsir göstərə bilməsi üçün öz bacarıqlarını, qabiliyyətlərini və baxışlarını genişləndirmək imkanı təqdim etmək,
- Fəaliyyətimizlə dolayısı şəkildə Azərbaycan tələbələrini və təhsil sistemini tənqidi təfəkkür, yaradıcılıq və müstəqil düşüncəyə üstünlük verən “dəyər əsaslı tədris konsepsiyası”nı tədqiq etməyə ilhamlandırmaq.
Başlıca Prinsiplərimiz:
- Ədalət və İnklüzivlik: Milli Komitə imkan bərabərliyi prinsipinə sadiq olaraq müxtəlif fərdlərin və icmaların Komitənin işinə fəal şəkildə cəlb olunmasına çalışır.
- Şəfafflıq and Ünsiyyət: Milli Komitə öz fəaliyyətini şəffaflıq prinsipinə əsasən həyata keçirir. Bu məqsədlə, Komitə bütün tərəflərlə aydın ünsiyyət qurmağa (daxili, könüllülər, ərizəçilər, ailələr, UWC kollecləri və s.) çalışır.
- Dəyərlərə əsaslanmış əlaqələr və İştirak: Milli Komitə öz maraqlı tərəfləri (məsələn, könüllülər, valideynlər, regional bölmələr, məzunlar və s.) ilə ətraflı şəkildə düşünülmüş və davamlı əlaqələr qurmaq üçün çalışır. Komitə öz fəaliyyəti ilə UWC platformasında, eləcə də dünya üzrə azərbaycanlı gənclər üçün səmərəli tərəfdaş olmağı hədəfləyir.
- Təşkilati təzahür: Milli Komitə öz keçmiş fəaliyyətinin təhlilinə əsaslanaraq təşkilati formasını müntəzəm olaraq dəyişməyi, inkişaf etdirməyi planlaşdırır.
- Maliyyə və ekoloji cəhətdən davamlılıq: Milli Komitə öz resurslarından istifadə edərkən həm maliyyə, həm də ekoloji cəhətdən davamlı olma prinsipinə sadiqdir.
UWC Azərbaycan Milli Komitəsinin üzvü və ya idarə heyətində olmaqda maraqlısınız?
UWC Azərbaycan Milli Komitəsi olaraq, biz müxtəlif perspektivləri əhatə edən inklüziv mədəniyyət yaratmaqla Azərbaycan gənclərinə və UWC-yə xidmət edirik. Bu məqsədlə, biz ənənəvi olaraq az təmsil olunan insanlar da daxil olmaqla müxtəlif ərizəçiləri müraciət etməyə dəvət edirik. İlkin mərhələdə UWC Azərbaycan Milli Komitəsində hər hansı bir sahə üzrə (fandreyzinq, tələbə seçimi, nominasiyalar, tərəfdaşlıqlar və s.) üzv qismində könüllü olmağınızı və ardıcıl iki illik könüllü fəaliyyətinizdən sonra idarə heyətinə qəbul olunmaq üçün müraciət etməyinizi tövsiyə edirik.
Biz, UWC Milli Komitəsini gələcəyə aparacaq, rəhbər heyətində olmağa özünü həsr etməyə vaxtı və enerjisi olan təcrübəli, ixtisaslı və nəcib insani keyfiyyətləri olan şəxsləri axtarırıq. Bu məqsədlə müraciətinizə dərin hörmət və qərəzsizliklə baxılacaqdır.
Müraciət üçün, email vasitəsilə marağınızı bəyan edin: admin@az.uwc.org